Onlayn konsultasiya
Otolarinqologiya ilə bağlı sizi maraqlandıran suallarınız var?
Narahatlıq yaradan məqamlar
Ən çox soruşulan suallar
Ağrı 95% hallarda ümumiyyətlə olmur, lakin bəzi pasiyentlərdə 2-3 gün ərzində yüngül ağrılar ola bilir, bunlar isə ağrıkəsicilərlə aradan qaldırılır.
Bizim kilinikamızda qiymət əməliyyatın ağırlıq dərəcəsinə görə fərqlənir və həkim müayinəsindən sonra pasiyentə daha dəqiq məlumat verilir. Qalın dərili, sümük hissədə əyrilik olan burunun əməliyyatı nisbətən daha bahadır. İncə dərili burunları əməliyyat etmək texniki cəhətdən daha asan olduğundan bu zaman əməliyyatın məbləği də nisbətən aşağı olur.
- Həkim əməliyyat zamanı toxumalarla incə davranmalıdır.
- Həkim Piezo (ultrasonik)dan istifadə etməlidir – bizdə bütün əməliyyatlar piezo ilə icra olunur.
- Cold face mask istifadəsi (əməliyyatdan sonra) – Bizim pasiyentlərimiz tərəfindən də aktiv istifadə olunur.
- Əməliyyat sonrası 2-3 gün ərzində yatarkən pasiyentin baş hissəsi hündür olmalıdır.
- Pasiyenti erkən aktivləşdirmək – çox gəzmək məsləhət edirik (bu ən vacib məqamdır).
- Bütün yuxarıdakı tədbirlərə baxmayaraq dəriniz həssasdırsa, göyərmə ola bilir, bu isə maksimum 5-7 gün ərzində tam keçir, ona görə narahat olmağa dəyməz.
- Erkən reabilitasiya – 10 gün sonra iş fəaliyyətinə qayıtmaq olar.
- 1 ay ağır fiziki iş və qaynar vanna qəbulu olmaz.
- 1 ay sonra 90% məhdudiyyətlər aradan qalxır.
- Yekun nəticə – 1 il sonra incə dəridə, 2 il sonra qalın dəridə.
Əməliyyatdan 5 gün sonra burun daxilində olan silikonlar, daha 3 gün sonra isə termoplastik şin (gips) xaric edilir. 3 günlük plastır burun üzərinə yapışdırılır, 3 gün sonra pasiyent özü onu evdə yumşaldaraq (duş qəbul edərkən) qopardır. Həkim kontrolları 1-3-6-12 ayın tamamında aparılır.
Əlaqə məlumatları
Dr. Səid Allahverdiyev ilə
əlaqə saxlayın
