Rinoplastika nədir? Estetik burun əməliyyatı qiyməti nə qədərdir?
Rinoplastika əməliyyatı nədir?
Rinoplastika və ya burun estetik əməliyyatı burun formasını dəyişdirmək məqsədilə icra edilən bir cərrahi əməliyyatdır. Burun əməliyyatı icra edilməsinin səbəbləri arasında hər hansı bir yaralanma nəticəsindəki deformasiyaların düzəldilməsi və ya doğuş qüsurlarının bərpa edilməsi və həmçinin də bəzi tənəffüsdəki çətinliklərin aradan qaldırılaraq nəfəs almanı yaxşılaşdırmaqdır. Məhz bu səbəblərə görə Rinoplastika günümüzdə aktual əməliyyatlardan biri hesab edilir.
Estetik burun əməliyyatı hazırda tək Azərbaycanda deyil, bütün dünyada populyardır və getdikcə də aktuallığı daha da artmaqdadır. İnsanlarda öz burun formasından narazılıq fonunda xarici görünüşlə bağlı müəyyən komplekslər yaranır. Rinoplastikaya ehtiyacı olan pasiyentlərin 90%-də rast gəlinən burun tənəffüs problemləri də aşkarlanaraq eyni əməliyyatda aradan qaldırılır. LOR-estetik cərrah olaraq ən başlıca məqsədimiz gözəl burun forması ilə yanaşı pasiyenti rahat burun tənəffüsü ilə təmin etməkdir. Adətən tənəffüs probleminin ən çox rast gəlinən səbəbi burun çəpərində olan əyrilik olur. Təbii ki digər səbəblərdən də burun tıxanıqlığı yarana və pasiyentin həyat tərzinə və sağlamlığına ziyan vura bilər. Burunda olan poliplər, burun balıqqulaqlarının şişkinliyi, haymor cibində iri ölçülü kistanın olması və ya diş plombunun haymor boşluğuna düşərək misetoma (göbələkli sinusit) yaratması, burun-udlaqda olan törəmələr və s. kimi patologiyalar da estetik burun əməliyyatı ilə eyni zamanda çözülə bilir.
Rinoplastika əməliyyatından əvvəl müayinə necə aparlılır?
Müayinə zamanı pasiyentin istəkləri dinlənilir, hansı formada burunu daha çox bəyəndiyi müzakirə olunur, daha sonra burunun endoskopik müayinəsi aparılır, burundaxili tənəffüsə mane olan məqamlar təhlil olunur. Burun formasının seçilməsində təbii ki bizim də məsləhətlərimiz olur, üz cizgilərinə uyğun burunun əldə olunması üçün pasiyent və həkimin birgə istək və təklifləri müzakirə olunur. İnstagram səhifəmizdə paylaşılan əməliyyat nəticələri (şəkillər, videolar, pasiyent rəyləri) ilə də tanış olmağı məsləhət bilirik.
Əməliyyatdan öncə qan analizləri, ürək və ağ ciyərlərin fəaliyyəti yoxlanılır, həkim-anestezioloqun müayinəsindən sonra bu pasiyentə ümumi anesteziyanın (narkoz) nə dərəcədə riskli olub-olmadığı müəyyən edilir. Əks göstəriş olmadığı halda əməliyyat icra olunur.

Günümüzdə müasir burun əməliyyatı necə icra olunur?
Rinoplastika zamanı gözəl nəticə almaq üçün həkimin təcrübəsindən başqa tibbdə olan müasirliklər də rol oynayır. Son illər piezo cihazı ilə icra olunan ultrasonik rinoplastika geniş vüsət almışdır. Piezo cihazı çəkici əvəz edir, sümüklər əvvəlki kimi iti alətlərlə deyil, ultrasəs dalğaları ilə kontrollu şəkildə kəsilir, yumşaq toxumanı zədələmədən sümüyün kəsilməsi və yonulması mərhələlərində bu cihazın istifadəsi əvəzsizdir. Nəticədə həm pasiyenti gözəl buruna qovuşdurmaq, həm də eyni zamanda reabilitasiya (sağalma) prosesləri asanlaşır, əməliyyat sonrası göyərmə-şişkinlik minimal olur, bununla da sağalma müddəti qısalır. Əməliyyat zamanı müasir tikiş materiallarının, burun daxili silikon splintlərin (tamponu əvəz edir) və termoplastik şinlərin (gips materailı əvəz edir) istifadəsi pasiyentin əməliyyatdan sonrakı sağalma müddətini qısaldır və daha komfortlu və ağrısız keçməsini təmin edir.
Burun əməliyyatı nə qədər davam edir?
Burun estetik əməliyyatı vaxt etibarı ilə 2-3 saat çəkir, pasiyent 1 gün palatada nəzarət altında qaldıqdan sonra evə yazılır. Erkən reabilitasiya müddəti 10 gün təşkil edir, 10 gün sonra iş fəaliyyətinə qayıtmağa icazə verilir. 1 ay ərzində ağır fiziki işlərdən və qaynar vannalardan imtina etmək tövsiyə olunur. Burun forması 1-3 ay ərzində 50%, 1 (incə dəri) -2 (qalın dəri) il ərzində isə tam formalaşır.
Rinoplastika əməliyyatının qiyməti neçəyədir?
Estetik burun əməliyyatının qiyməti ilə bağlı suallar çox verilir. Almaniyada 7-8 min avro, Rusiyada 5-6 min dollar, Türkiyədə 3-8 min dollar arası dəyişir. Azərbaycanda isə qiymət intervalı 1-5 min manat arası təşkil edir. Qiymət əməliyyatın çətinlik dərəcəsi, klinikanın şəraiti, avadanlıqların müasirliyi (piezo, endoskop, lazer), əməliyyatda istifadə olan materialların keyfiyyətliliyi (silikon, gips, tikiş materialları) və təbii ki əməliyyatı icra edən həkimin peşəkarlığına görə fərqlənir. Yekun qiymət həkimin müayinəsindən sonra deyilir. Bizim kilinikada qiymət əməliyyatın ağırlıq dərəcəsinə görə fərqlənir və həkim müayinəsindən sonra dəqiq deyilir. Qalın dərili, sümük hissədə əyrilik olan burunun əməliyyatı qiymətdə daha bahalıdır. İncə dərili burunları əməliyyat etmək texniki cəhətdən daha asan olduğundan qiymət nisbətən aşağı olur.
Üz cizgilərinə uyğun, gözəl formalı, rahat nəfəs alan buruna qovuşmaq istəyirsinizsə, Dr. Səid Allahverdiyevin müayinəsinə yazıla bilərsinir. Əlaqə telefonu: (+994 55) 870 13 99
Rinoplastikadan sonra ağrı olurmu?
Ağrı 95% hallarda ümumiyyətlə olmur, lakin bəzi pasiyentlərdə 2-3 gün ərzində yüngül ağrılar ola bilir, bunlar isə ağrıkəsicilərlə aradan qaldırılır.
Rinoplastikadan sonra göyərmənin olmaması üçün nə etmək lazım?
- Həkim əməliyyat zamanı toxumalarla incə davranmalıdır.
- Həkim Piezo (ultrasonik)dan istifadə etməlidir – bizdə bütün əməliyyatlar piezo ilə icra olunur.
- Cold face mask istifadəsi (əməliyyatdan sonra) – Bizim pasiyentlərimiz tərəfindən də aktiv istifadə olunur.
- Əməliyyat sonrası 2-3 gün ərzində yatarkən pasiyentin baş hissəsi hündür olmalıdır.
- Pasiyenti erkən aktivləşdirmək – çox gəzmək məsləhət edirik (bu ən vacib məqamdır).
- Bütün yuxarıdakı tədbirlərə baxmayaraq dəriniz həssasdırsa, göyərmə ola bilir, bu isə maksimum 5-7 gün ərzində tam keçir, ona görə narahat olmağa dəyməz.
Rinoplastikada hansı üsulla icra edilir – açıq, yoxsa qapalı?
Metod seçimini həkimə buraxmalısınız, pasiyentə burunun ilkin formasından asılı olaraq ən gözəl nəticə verə biləcək üsul hansıdırsa, onu yalnız həkim bilə bilir. Açıq və ya qapalı o qədər fərq etmir, əsas olan sondakı gözəl nəticədir.
Təkrar rinoplastika niyə baha olur?
Öncə uğursuz əməliyyat olunmuş burunu əməliyyat etmək (ilk əməliyyatdan ən azı 1 il sonra) və problemləri çözmək daha çətin olduğundan təkrar əməliyyat qiyməti daha yüksəkdir. Təkrar əməliyyatda burun çəpər qığırdağı defisiti səbəbindən bəzən qabırğa və ya qulaq seyvanı (pasiyentin özündən alınan) qığırdağı istifadə etmək lazım olur.
Rinoplastikadan sonra sağalma necə gedir? Nə olar, nə olmaz?
- Erkən reabilitasiya – 10 gün sonra iş fəaliyyətinə qayıtmaq olar
- 1 ay ağız fiziki iş və qaynar vanna qəbulu olmaz
- 1 ay sonra 90% məhdudiyyətlər aradan qalxır
- Yekun nəticə – 1 il sonra incə dəridə, 2 il sonra qalın dəridə
Burun əməliyyatından sonra kontrollara nə zaman gəlməli?
Əməliyyatdan 5 gün sonra burun daxilində olan silikonlar, daha 3 gün sonra isə termoplastik şin (gips) xaric edilir. 3 günlük plastır burun üzərinə yapışdırılır, 3 gün sonra pasiyent özü onu evdə yumşaldaraq (duş qəbul edərkən) qopardır. Həkim kontrolları 1-3-6-12 ayın tamamında aparılır.
Qalın dərili və incə dərili burun əməliyyatında fərq varmı?
Ümumiyyətlə estetik burun əməliyyatında dəridən çox şey asılıdır. İncə dərili burundan gözəl nəticə almaq qalın dəriyə nisbətən daha asandır. Çünki biz qığırdaq və sümükdə istədiyimiz dəyişikliklər edə bilirik, dəriyə isə təsir etmə imkanlarımız məhduddur. Qalın dəri komuflyaj rolu oynayaraq qığırdağa verdiymiz gözəl şəkilləndərməni gizlədir, incə dəri isə əksinə bunu dərhal bildirir. Qalın dəridə burun formalaşması 2, bəzən 3 ilə qədər çəkə bilir, incə dəridə isə 1 ilə tam yekun nəticəni görmək olur.
Hansı ayda burun əməliyyatı olmaq daha yaxşıdır?
Bütün fəsillərdə əməliyyat etmək olar. Sadəcə yayda olunan pasiyentlər ilk 1 həftədə qızmar günəş şüalarından özünü qorumalı (qanaxma olmasın deyə), qışda əməliyyat olunanlar ilk 1 həftədə şaxtadan qorunmalı (əgər havanın temperaturu 0 dərəcədən aşağı olarsa).
















